Türkiyənin Aydın vilayətində yerləşən qədim "Kutsal Mağara" (Müqəddəs mağara) adlı yeraltı məkan turistlərin ziyarətin üçün hazır vəziyyətə gətirilib.
Milli.Az aviatravel.az-a istinadən bildirir ki, Anadolu agentliyi yazır ki, Didim rayonunun Miletos antik şəhərində yerləşən mağara eramızdan əvvəl III əsrdə işlənilmiş tapıntıdır. Buranın "Kutsal Mağara" adlandırılması qazıntı zamanı mağarada qədim insanların sağlamlıqla bağlı inancını göstərən əşyaların tapılması ilə əlaqədardır.
Yerli hakimiyyət orqanları əmindirlər ki, ziyarətçiləri gözləyən "Kutsal Mağara" ən qısa zamanda turistlər arasında cəlbedici bir məkana çevriləcək.
Milli.Az