ABŞ-ın Montana ştatında sərnişin qatarı relsdən çıxıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "KXLH" telekanalı ABŞ-ın "Amtrak" dəmir yolu sərnişindaşıma şirkətinə istinadən xəbər yayıb.
Hadisə yerli vaxtla saat 16 radələrində Joplin ərazisi yaxınlığında baş verib.
Qatarda təxminən 147 sərnişin və 13 ekipaj üzvü olub.
CBS-nin yerli polisə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, çox sayda xəsarət alanlar var.
Yaralılar, həmçinin digər sərnişinlər təhlükəsiz şəkildə evakuasiya edilib.
Milli.Az