Dünya

Çinin şərqində gəmilər toqquşub, ölən və itkin düşənlər var

23 Sentyabr 2021 08:52
0 Şərh     Baxış: 646
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin Çjeszyan şərq əyalətinin akvatoriyasında iki gəminin toqquşması bir nəfərin həlak olmasına gətirib çıxarıb, daha iki nəfər itkin düşmüş hesab edilirlər.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə dəniz işləri üzrə əyalət idarəsinə istinadən "Çjunqo sinvenvan" informasiya resursu bildirib.

Hadisə çərşənbə günü axşam Çjouşan adalarından şərqdə olub. Bildirilir ki, fəlakət siqnalı Panamada qeydə alınmış yük gəmisinin və Çin balıqçı gəmisinin toqquşmasından sonra alınıb. Hadisə yerinə gəlmiş xilasedicilər daha dörd nəfəri sudan çıxarmağa nail olub.

Axtarış-xilasetmə əməliyyatında sahil mühafizəsinin gəmiləri, balıqçı və yaxınlıqda olan başqa mülki gəmilər iştirak edir. Hadisənin baş verdiyi ərazidə gəmiçilik müvəqqəti məhdudlaşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.