Dünya

Misir hakimiyyəti koronavirusa yoluxmuş turistlərin xərclərini ödəyəcək

10 Sentyabr 2021 09:56
0 Şərh     Baxış: 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misirdə koronavirusa yoluxan turistlərin xərcləri ödəniləcək.

Milli.Az report-a istinadən bildirir ki, bunu Misirin turizm naziri Xalid əl-Anani bildirib.

Onun sözlərinə görə, koronavirusa yoluxan turistlərə pul ödəmək üçün hotellərlə razılığa gəlinib.

"Koronavirusa yoluxan turistin vəziyyəti yüngül olarsa, o, oteldə qalacaq. Otellər Misirdə qaldıqları müddətdə turistlərin xərclərini ödəməyə razılaşıblar", - əl-Anani deyib.

Xəstəliyi ağır keçirən turistlərin xərcləri isə Şarm Əl-Şeyx, Hurqa və ya Qahirədəki dövlət xəstəxanalarında qarşılanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.