Dünya

ABŞ Rusiyaya cavab olaraq Alyaskada F-35-ləri yerləşdirir

5 Sentyabr 2021 11:52
0 Şərh     Baxış: 765
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ hərbçiləri Rusiyanın fəaliyyətlərinə cavab olaraq Alyaskaya onlarla F-35 qırıcı təyyarəsi cəmləşdirir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə analitik Kristofer Vudinin ABŞ-ın strateji cəhətdən vacib Alyaska regionunda möhkəmlənməsi məsələsinə həsr olunmuş məqaləsində qeyd olunur.

Materialda bildirilir ki, Soyuq müharibə dövründə ABŞ hərbçiləri Alyaskada hava hücumundan müdafiənin təşkilinə daha çox diqqət yetiriblər. Lakin SSRİ-nin süqutundan sonra ABŞ-ın da regiona marağı azalıb.

Hazırda isə bu istiqamətdə ABŞ-ın Rusiya və Çinlə apardığı rəqabət yenidən qızışıb. Xüsusilə Rusiya aviasiyasının regionda fəallaşması ABŞ-ın cavab tədbirləri görməsinə zəmin yaradıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.