Dünya

Pəncşirdəki müqavimətçilər digər ölkələri birgə anti-terror əməkdaşlığına çağırdı

31 Avqust 2021 14:26
0 Şərh     Baxış: 980
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Əfqanıstanın şimalındakı Pəncşir əyalətindəki müqavimət hərəkatı, ölkənin gələcəyi ilə bağlı "Taliban"la prinsipial razılaşma əldə edilənə qədər bölgənin digər ölkələri ilə anti-terror mövzusunda əməkdaşlığa hazırdır".

Milli.Az unikal.org-a istinadən bildirir ki, bunu müqavimət qüvvələrinin sözçüsü Fahim Dəştim bildirib. 

"Biz regional ölkələrlə ikitərəfli və ya çoxtərəfli şəkildə əməkdaşlığa hazır olacağıq", - deyə Dəşti qeyd edib. 

Dəştinin sözlərinə görə, ABŞ, Avropa və region ölkələri müqavimət qüvvələrilə anti-terror məsələlərini müzakirə etmirlər və "Taliban"la mövcud problemləri sülh yolu ilə, danışıqlar yolu ilə həll etməyə sövq etmələrini istəyirlər:
"Bu baş verməsə, "Taliban" Əfqanıstanla bağlı fikirləri ilə öz hökumətini qurmaq istəsə, bizim tələbimiz onları tanımamaq və onlara qarşı sanksiyalar tətbiq etmək olacaq". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.