Dünya

Türkiyə və Qırğızıstan prezidentləri arasında telefon danışığı olub

30 Avqust 2021 22:38
0 Şərh     Baxış: 1 015
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qırğızıstan Prezidenti Sadır Japarov arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən bildirir ki, telefon söhbətində liderlər ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparıblar.

Türkiyə ilə Qırğızıstan arasında siyasi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi olub.

Prezident Ərdoğan Qırğızıstanın müstəqilliyinin 30-cu ildönümü ilə bağlı Sadır Japarovu təbrik edib.

Qırğızıstan Prezidenti Japarov da Türkiyə prezidentinə cümhuriyyətin 30 Avqust Zəfər Bayramı münasibətilə təbrikini çatdırıb.

S.Japarov Ərdoğanın Qırğızıstan ilə Türkiyə arasında strateji əməkdaşlığın inkişafına və ölkələr arasındakı əlaqələrin möhkəmlənməsinə verdiyi əhəmiyyətli töhfəni yüksək qiymətləndirdiyini bildirib.

Qeyd edək ki, sabah Ankarada açılışı olacaq Manas heykəlinə görə minnətdarlıq edən prezident Japarov bunun Qırğızıstan üçün böyük bir simvolik məna daşıdığını vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.