Dünya

Rusiya XİN: ABŞ rusiyalılara viza verilməsini, demək olar ki, dayandırıb

25 Avqust 2021 23:05
0 Şərh     Baxış: 866
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Rusiyadakı səfirliyi "kadr çatışmazlığı"nı əsas gətirərək, viza verilməsini, demək olar ki, tamamilə dayandırıb. Rusiya XİN bununla əlaqədar təəssüfləndiyini bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə məlumat Rusiya XİN-in saytında yer alıb.

"Bu qərar əslində konsulluq işçilərinin köməkçisi qismində yerli kadrlardan istifadəyə qadağa qoymuş hökumətə qarşı cavab addımı kimi yönəlib", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, bundan əvvəl ABŞ nümayəndəliyi Rusiyanın sanksiyalara cavab tədbirləri səbəbindən mayın 12-dən etibarən diplomatik səfərlər istisna olmaqla, qeyri-immiqrasiya vizalarının verilməsi üçün müraciətlərə baxılmayacağını elan etmişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.