Dünya

ABŞ Əfqanıstana əlavə qüvvələr göndərəcək?

23 Avqust 2021 20:55
0 Şərh     Baxış: 610
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Pentaqon ABŞ və Əfqanıstan vətəndaşlarının Kabildən çıxarılması əməliyyatı üçün Ağ Evdən əlavə qüvvələr istəməyi planlaşdırmır".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Con Kirbi jurnalistlərə açıqlamasında deyib.

"Düşünürəm ki, hazırkı vəziyyəti qabaqlamamalıyıq. Bu missiya üçün əlavə qüvvələr istəməklə bağlı planlar hələlik yoxdur", - deyə Kirbi qeyd edib.

Pentaqonun məlumatına görə, ABŞ iyulun sonundan bəri Kabildən 42 min nəfəri, son sutkada isə 16 mindən çox adamı çıxarıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.