Dünya

Traktorun altında qaldı, 15 saat sonra cəsədini tapdılar

23 Avqust 2021 18:00
0 Şərh     Baxış: 2 030
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İdarə etdiyi traktorun altına yıxılaraq ölən gəncin cəsədi 15 saat sonra tapıldı.

Milli.Az Azxeber.com-a istinadən xəbər verir ki, hadisə Türkiyənin Tekirdağ bölgəsində baş verib.

Seçkin Akınçı adlı 26 yaşlı gənc toya getmək üçün traktorla kənddən çıxıb. Enişli-yoxuşlu yolda traktor aşıb və sürücü traktorun altına düşərək dünyasını dəyişib.

Qəzadan bir müddət heç kimin xəbəri olmayıb. 15 saat sonra vətəndaşlar hadisədən xəbər tutub və polisə məlumat veriblər.

Hadisə yerinə gələn polis əməkdaşları traktorun altında qalan gəncin öldüyünü müəyyən ediblər. Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.