Rusiyada son sutka ərzində daha 20 564 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 6 747 087 nəfərə çatıb.
Son sutka ərzində 762 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 176 044 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Braziliya və Fransadan sonra beşinci yerdə gəlir.
Milli.Az