Dünya

“Delta” ştammı dünyanın səhiyyə sistemini çökdürür

17 Avqust 2021 16:18
0 Şərh     Baxış: 1 102
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusun "Delta" ştammı ABŞ-da tüğyan edir. Florida, Texas, Luiziana, Missisipi və Arkanzas ştatında yeni yoluxma sayında anti-rekord qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Texasda reanimasiya şöbələrinin 94 faizi dolub. Yeni səhra hospitalları açmalı olurlar.

Missisipidə hətta universitetin qarajında da çarpayılar qoyulub. Arkanzasda həkim çatışmazlığı var. Klinika rəhbərlikləri əməkhaqqılarını artırır, qonşu ştatlardan həkim çağırırlar.

İsraildə koronavirusun yeni dalğası yayılıb. Vətəndaşlar aktiv şəkildə yenidən vaksinasiyaya dəvət edilir.

Tayland hökuməti Banqkokda və 28 əyalətdə "lokdaun" müddətini uzadıb. Komendant saatı da qüvvədədir. Banqkokda yüzlərlə insan hökumət binasına daxil olmağa çalışıb. Onlar vaksinasiya prosesinin zəif getməsində hökuməti günahlandırır və onun istefasını tələb edirlər.

Şri-Lankada da "lokdaun" və komendant saatı tətbiq edilir. Ölkənin səhiyyə naziri koronavirusla mübarizə üçün cadu və "sehrli iksirlərdən" istifadə etdiyi üçün işdən azad edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.