Dünya

Azərbaycanlı sürücü Türkiyədə qəza törətdi, hadisə yerindən qaçdı - FOTO

16 Avqust 2021 13:54
0 Şərh     Baxış: 954
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Antalyanın Titreyengöl küçəsində Azərbaycan vətəndaşı qəza törədib. 

Milli.Az unikal.org-a istinadən bildirir ki, E.İ adlı azərbaycan vətəndaşı istifadəsində olan 07-AOZ-352 dövlət nömrə nişanlı avtomobillə qəza törədib. Sürücü idarə etməni ititrərək yol kənarındakı bardyorlara çırpılıb. Çırpılma nəticəsində avtomobil aşıb. 

Qəzada avtomobildə olan Azərbaycan vətəndaşı Ş.A xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları və  səhiyyə işçiləri cəlb olunub. Sərnişin Ş.A xəstəxanaya yerləşdirilib. Sürücü E.İ isə hadisə yerindən qaçıb. 

Hadisə yerini tərk edən Azərbaycan vətəndaşı E.İ., qəzadan qısa müddət sonra Polis Bölməsinə gəlib. Onun spirtli içki qəbul etdiyi müəyyən edilib.

Daha sonra E.İ.-nin sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılıb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.