Dünya

Özbəkistan Əfqanıstanla sərhəd təhlükəsizliyini gücləndirir

15 Avqust 2021 16:52
0 Şərh     Baxış: 996
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Özbəkistanın sərhəd xidməti qonşu ölkədə baş verən son hadisələr fonunda Əfqanıstanla sərhədi gücləndirilmiş rejimdə qoruyur, bütün lazımi təhlükəsizlik tədbirləri görülüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə RİA Novosti-yə ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinin Sərhəd Qoşunlarının nümayəndəsi bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Özbəkistan Xarici İşlər Nazirliyi, Əfqanıstanın 84 hərbiçisinin Özbəkistanla sərhədi keçdiyini və kömək istədiyini bildirib.

Nazirlikdən verilən məlumata görə, bu hərbçilərə tibbi yardım və yemək verilib, onların müvəqqəti yerləşməsi təşkil edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.