Türkiyədə Kayseri-Kahramanmaraş şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, mikroavtobusun yolun kənarına aşanması nəticəsində 27-si şagird olmaqla, 29 nəfər yaralanıb. Qəzaya düşənlərdən yeddisinin vəziyyəti ağırdır. Bildirilir ki, mikroavtobusdakı sərnişinlər Quran kursunun şagirdləridir. Yaralılar xəstəxanalara çatdırılıb.
Hadisə ilə bağlı araşdırma başlanıb.
Milli.Az