Dünya

Hindistanda torpaq sürüşməsi: 40 nəfər torpaq altında qalıb

11 Avqust 2021 16:48
0 Şərh     Baxış: 562
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanın şimalında torpaq sürüşməsi nəticəsində iki nəfər ölüb, itkinlər var.

Milli.Az APA-ya istinadən bildirir ki, Himaçal Pradeş ştatında baş verən torpaq sürüşməsi nəticəsində 40-dan çox adam torpaq altında qalıb.

Yerli rəsmi bildirib ki, torpaq sürüşməsi nəticəsində magistral yol və yoldan keçən bir neçə nəqliyyat vasitəsi torpaq altında qalıb. Bu nəqliyyat vasitələri arasında içində 40-a qədər sərnişinin olduğu avtobus da var.

Bildirilib ki, indiyə qədər aparılan axtarış və xilasetmə işləri nəticəsində iki nəfərin cəsədi çıxarılıb, 10 nəfər xilas edilib. Xilas edilənlər arasında avtobusun sürücüsü və konduktoru da var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.