Dünya

Pentaqon Əfqanıstanda təhlükəsizlik vəziyyətinin pisləşdiyini hesab edir

10 Avqust 2021 08:18
0 Şərh     Baxış: 408
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Əfqanıstanda təhlükəsizlik vəziyyəti arzuolunmaz şəkildə inkişaf edir və narahatlıq doğurur".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu fikirləri ABŞ-ın Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi keçirdiyi brifinqdə səsləndirib.

Onun sözlərinə görə, Amerika tərəfi "Əfqanıstandakı təhlükəsizlik vəziyyətindən çox narahatdır". Kirbi qeyd edib ki, "aydındır ki, Əfqanıstanda təhlükəsizlik vəziyyəti pisləşir". Onun fikrincə, hadisələr "düzgün istiqamətdə inkişaf etmir".

Pentaqon rəsmisi "Taliban" hərəkatının silahlılarının hücum əməliyyatlarının intensivliyinin artdığını bildirib. Eyni zamanda, o, əminliklə əlavə edib ki, Əfqanıstan hakimiyyəti "Taliban"la mübarizə üçün lazımi resurslara malikdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.