Dünya

“Bu ölkələrdə yeni variantların yaranma riski var” - ÜST-dən xəbərdarlıq

4 Avqust 2021 20:10
0 Şərh     Baxış: 552
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vaksin olmayan ölkələrdə koronavirus infeksiyasının intensiv yayılması daha təhlükəli variantların yaranması ehtimalını artırır.

Milli.Az xəbər verir ki, "İzvestiya"nın məlumatına görə, bu barədə ÜST-dən bildirilib.

Qurumdan bildirilir ki, sözügedən vəziyyət mövcud preparatların effektivliyini aşağı sala bilər. Buna görə də böyük həcmdə peyvənd ehtiyatı olan ölkələr onu digərləri ilə bölüşməlidir.

"Bir çox ölkələrin peyvənd çatışmazlığından əziyyət çəkdiyi bir vaxtda bu preparatların böyük ehtiyatına sahib ölkələr onları bütün əhalisini təmin etmək üçün özündə toplamamalıdır. Peyvəndi olmayan ölkələrdə virusun intensiv yayılması infeksiyanın daha təhlükəli variantlarının yaranması ehtimalı artırır. Bunun nəticəsində preparatların effektivliyi aşağı düşə bilər", - deyə ÜST-dən qeyd olunub. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.