Dünya

Türkiyədə yanğınla bağlı son vəziyyət

2 Avqust 2021 13:02
0 Şərh     Baxış: 1 510
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə 3 vilayətdə 7 meşə yanğını hələ də davam edir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli bildirib. Onun sözlərinə görə, son 5 gündə 32 əyalətdə baş verən 119 yanğın nəzarət altına alınıb. 

Bildirilir ki, Antalyanın Gündoğmuş və Manavqat, Muğlanın Marmaris, Köyceğiz, Milas və Seydikemer bölgələrində və Tuncelidə meşə yanğınlarını söndürmək üçün havadan və qurudan müdaxilə davam edir. 

Muğlanın Milas bölgəsində Beyciler məhəlləsində meşəlik ərazidə başlayan yanğın qısa müddətdə yayılıb. Alovlar Çökertme, Bozolan, Fesleğen, Gökbel ve Türkevleri məhəllələrinə sıçrayıb. 

Mersinin Silifke bölgəsində isə 3 gün əvvəl başlayan meşə yanğınını nəzarətə almaq mümkün olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.