Dünya

Türkiyə Yunanıstana nota verib

1 Avqust 2021 21:00
0 Şərh     Baxış: 1 081
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyə Yunanıstana nota verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  buna səbəb Ədirnə vilayətində Yunanıstan tərəfindən mülki geyimli şəxslərin açdıqları atəş nəticəsində Türkiyə vətəndaşının qətlə yetirilməsidir. Yunanıstanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili bununla əlaqədar Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim olunub.

İyulun 31-i axşam saatlarında Ədirnə vilayətinin Meriç rayonunun Adasarhanlı kənd sakinləri Mehmet Durğun (43) və Süleyman Şener (60 sərhəd xəttində yerləşən Meriç çayının sahillərinə gediblər. Yunanıstan tərəfindən açıldığı iddia edilən atəş nəticəsində Mehmet Durğun üzündən güllə yarası alıb və hadisə yerində həlak olub. Süleyman Şener hadisədən dərhal sonra kənd mərkəzinə gələrək bu barədə məlumat verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.