Dünya

Rusiya Fransa və Çexiya ilə hava əlaqəsini bərpa edir

24 İyul 2021 08:23
0 Şərh     Baxış: 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya bu gündən Fransa və Çexiya ilə hava əlaqəsini bərpa edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə qərar iyul ayında ölkənin koronavirus infeksiyasına qarşı mübarizə üzrə Operativ Qərargahı tərəfindən qəbul edilib.

Məlumata əsasən, bu ölkələrin aviaşirkətləri Moskva ilə Paris və Moskva ilə Nitsa arasında həftədə 4 dəfə, Sankt-Peterburq və bu Fransız şəhərləri arasında həftədə 2 dəfə uçuşlar həyata keçirə biləcəklər. Çexiya üzrə qərara görə, aviaşirkətlər Moskva və Praqa arasında həftədə 4 uçuş həyata keçirə bilərlər.

Bildirilir ki, hazırda Rusiya 48 dövlətlə uçuşları bərpa edib. Fransa və Çexiya ilə uçuşların bərpası formal xarakter daşıyır: müvafiq qərar qəbul edildiyi andan etibarən heç bir aviaşirkət birbaşa müntəzəm uçuşları bərpa edəcəyini elan etməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.