Dünya

Türkiyənin pilotsuz qırıcısı - "Baykar" konseptual dizayn görüntülərini yaydı - FOTO

20 İyul 2021 16:45
0 Şərh     Baxış: 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Pilotsuz hücum təyyarə sistemi layihəmizin konseptual dizayn görüntülərini ilk dəfə paylaşırıq".

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Türkiyənin aerokosmik sənaye şirkəti olan "Baykar"ın rəsmi Facebook hesabında paylaşım edilib.

Qeyd edək ki, Türkiyənin arsenalına qatacağı müasir texnologiyalı aerokosmik təyyarə, silah-sursat və avadanlıqları Milli Texnologiya Həmləsi proqramı çərçivəsində hazırlanmaqdadır. 

Türkiyə hazırda pilotsuz uçan aparatlar, o cümlədən silahlı PUA-lar sahəsində dünya liderlərindən birinə çevrilib. "Baykar" şirkətinin "Bayraktar TB2" döyüş təyyarəsi Qarabağdakı 44 günlük müharibənin gedişatına ciddi təsir etdikdən sonra sürətlə populyarlaşıb və sifarişçiləri kəskin artıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.