Dünya

Türkiyə İran sərhədinə 20 minlik qüvvə və xüsusi təyinatlılar yeridib

17 İyul 2021 23:19
0 Şərh     Baxış: 1 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Əfqanıstandan qaçqınların kütləvi axınının qarşısını almaq üçün İranla dövlət sərhədlərinin mühafizəsini gücləndirib və sərhədə 20 minlik kontingent, o cümlədən xüsusi təyinatlı qüvvələr yerləşdirib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bundan əlavə sərhəd bütün sutka boyu havadan pilotsuz təyyarələrlə izlənir. Bu da qeyri-leqal miqrantların ölkə ərazisinə keçməsi imkanlarını xeyli məhdudlaşdırıb.

Qeyd edək ki, Əfqanıstandakı hazırkı vəziyyət region ölkələrini qaçqın axını riski ilə üz-üzə qoyub. Artıq minlərlə əfqan "Taliban"la Kabil hökumətinə bağlı qüvvələrlə döyüşlərdən qaçaraq Orta Asiya respublikalarına sığınıb. Eləcə də Əfqanıstandan qaçqınların dağlıq ərazilərlə İrana, oradan Türkiyəyə keçməsi riski var. Son günlər Türkiyə KİV-ləri yüzlərlə əfqan qaçqının ölkənin İranla həmsərhəd kəndlərinə keçdiyi və oradan ölkə ərazilərinin içərilərinə səpələndiyi haqda xəbərlər yayır.

Türkiyənin İranla sərhədi daha əvvəl də PKK yaraqlılarının və narkotacirlərin sızmasının qarşısını almaq üçün möhkəmləndirilmişdi, sərhədə yüz kilometrlər boyu modul beton bloklar və optik müşahidə qurğularının qoyulduğu qüllələr yerləşdirilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.