İyul ayının 7-də sui-qəsd nəticəsində öldürülən Haiti prezidenti Jovenel Moizin dəfn ediləcəyi tarix açıqlanıb. O, 23 iyulda dəfn olunacaq.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin mədəniyyət və rabitə naziri Pradel Enrikes mətbuat konfransında məlumat verib.
"22 iyulda vida mərasimi, 23 iyulda isə dəfn mərasimi keçiriləcək", - deyə o bildirib.
Nazir qeyd edib ki, dəfn mərasimi ailənin istəyi əsasında və qanuna uyğun şəkildə keçiriləcək.
Milli.Az