Dünya

Rusiyaya qarşı sanksiyalar uzadıldı

12 İyul 2021 15:54
0 Şərh     Baxış: 755
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa İttifaqı Şurası Rusiyaya qarşı sektorial iqtisadi sanksiyaları yarım il müddətinə uzadıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, sözügedən sanksiyalar 2022-ci ilin 31 yanvar tarixinə qədər qüvvədə olacaq.

Bəyanatda deyilir ki, sanksiyaların uzadılmasının səbəbi Rusiyanın Minsk razılaşmalarını tam yerinə yetirməməsidir.

Xatırladaq ki, Aİ Şurası 2020-ci ilin iyun ayında Krımla əlaqədar Rusiyaya qoyulan məhdudiyyətlərin daha bir il uzadılmasına dair qərarı təsdiqləmiş, oktyabrda isə rusiyalı məmurlara qarşı sanksiya tətbiq etmşdi. Moskva isə buna cavab olaraq vətəndaşlarının Rusiyaya girişi qadağan olan bəzi Aİ ölkələrinin siyahısını genişləndirmişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.