Dünya

Bu il avqustun 1-dən Özbəkistan tam olaraq latın əlifbasına keçir

7 İyul 2021 23:05
0 Şərh     Baxış: 930
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Özbəkistanın Baş naziri Abdulla Aripov ölkə müstəqilliyinin 30 illiyinə hazırlıqla bağlı bu il avqustun 1-dən tam olaraq latın əlifbasına keçməklə bağlı göstəriş verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlət orqanları iyul ayının sonunadək şəhər, küçə, məhəllə, kənd, nazirlik, komitə, digər idarə və təşkilat adlarının, rəsmi sənəd və yazışmaların, müxtəlif blankların, kargüzarlıq sənədlərinin, kitab və qəzetlərin, reklam və elanların latın əlifbasında yazılışını və çapını təmin etməlidirlər.

Xatırladaq ki, bu il fevralın 10-da Özbəkistan Nazirlər Kabinetinin qəbul etdiyi sənədə görə ölkə tam olaraq latın əlifbasına 2022-ci ilin sonunadək keçməli idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.