Dünya

Ermənistan böyük problemlərlə toqquşacaq - Mantaşyan

3 İyul 2021 17:32
Baxış: 1 222
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hakimiyyət maksimum 1,5 il həzz ala biləcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Blokunun rəsmi nümayəndəsi Narek Mantaşyan deyib. O, Ermənistan hökumətinin daha böyük problemlərlə toqquşacağını və bunlara cavab verə bilməyəcəyini deyib.

Mantaşyan həmçinin hakimiyyətin təbliğat maşınının yalnız Köçəryan və blokunu ləkələmək üçün işlədiyini bildirib. Onun sözlərinə görə, Ermənistan Bloku parlamentdə hər konkret situasiyaya lazımi qiymət verəcək:

"Əgər situasiya bizim parlament tribunasını tutmağımızı tələb etsə, əmin olun ki, tribuna tutulacaq. Xalq müxalifətin necə olmaq lazım olduğunu görəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.