Dünya

Nazarbayev "Sputnik V"ni seçdi

25 İyun 2021 20:36
Baxış: 1 054
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstanın eks prezidenti Nursultan Nazarbayev "Sputnik V" ilə peyvəndlənib.

Milli.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, Qazaxıstanın keçmiş lideri Nazarbayev Karaqanda dərman zavodunda hazırlanan "Sputnik V" peyvəndinin ilk komponentindən istifadə edib.

Qazaxstan lideri bildirib ki, vaksindən qorxmaq lazım deyil:

"Hazırda Qazaxıstanda 3 milyon insan peyvəndlənib və mən də vaksinləndim. Bütün qazaxları fəal vaksinasiyaya çağırıram. Bundan qorxmaq lazım deyil. Vaksinlənmək indi vacibdir, çünki virusun yeni ştamları yaranır. Bunu şəxsi sağlamlıq naminə etmək gərəkdir. Çətin dövrdə yaşayırıq. Bunu birgə adlamalıyıq.

Hamıya sidq ürəkdən sağlamlıq arzulayıram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.