Dünya

ABŞ bankı: Neft qiymətləri gələn il 100 dollara çata bilər

21 İyun 2021 23:55
Baxış: 773
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səyahətlərlə bağlı tələbatın artması ilə neft qiymətləri gələn il 100 dollar/barelə qədər yüksələ bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu proqnozla "Bank of America" beynəlxalq investisiya bankı çıxış edib. Banka görə, qlobal neft istehlakı iqtisadi canlanma ilə birlikdə istehsaldan daha çox olacaq və ətraf mühitlə əlaqədar olaraq yeni hasilat investisiyaları azalacaq.

Qeyd edək ki, əgər xam neft qiymətləri yenidən üçrəqəmli olarsa, bu, 2014-cü ildən bəri ilk olacaq. 2014-cü ildəki qlobal maliyyə böhranına qədər bir barreli 100 dollar civarında olan xam neft ABŞ-da şist nefti istehsalının artmasından sonra yenidən bu səviyyələrə çata bilməmişdi.

"Brent" markalı neftin qiyməti hazırda 73 dollar səviyyəsindədir, ilin əvvəlindən indiyədək isə 42 faiz artıb. "Brent" neftinin bir barelinin qiyməti sonuncu dəfə 2018-ci ilin oktyabrında 80 dollara yüksəlmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.