Dünya

Türkiyədə təsirini davam etdirən yağıntılı hava şəraiti bir sıra fəsadlar törədib - FOTO

21 İyun 2021 21:59
Baxış: 956
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Artıq bir neçə gündür Türkiyə ərazisində təsirini davam etdirən yağıntılı hava şəraiti bir sıra fəsdlar törədib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yağan leysan yağışı səbəbindən ölkənin bir çox vilayətlərində sel, torpaq sürüşməsi, daşqın kimi bir sıra problemlər yaranıb.

Türkiyənin Aydın, Kütahya, İzmir və bir sıra digər vilayətlərində yağan leysan yağışı selə səbəb olub. Bir çox ev, iş yerləri və əkin ərazilərini su basıb, torpaq sürüşməsi meydana gəlib, bəzi bölgələrdə avtomobillərin hərəkəti tamailə dayanıb. Bəzi ərazilərdə sel suları avtomobilləri aparıb. Yüksək bölgələrlə əlaqə kəsilib.

Kütahyada daşqın ehtimalına qarşı bölgədəki "Hasanlar" su hövzəsində suyun bir miqdarı boşaldılıb.

Qeyd edək ki, hidrometeoroloqlar ölkə ərazisində yağıntılı hava şəraitinin həftə sonunadək davam edəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.