Dünya

Putinlə Bayden niyə görüşəcək? - Peskovdan açıqlama

11 İyun 2021 22:44
Baxış: 1 317
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Co Baydenlə görüşə iki ölkə arasındakı əlaqələrin pis olması səbəbindən qatılacağını söyləyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Vaşinqtondan isə Zirvə görüşünün "reset" (sıfırlama) mənası daşımadığı bildirilib.

"Putin Cenevrəyə gedəcək, çünki əlaqələrdəki pis vəziyyət bir görüş keçirilməsini zəruri edir", - Peskov deyib.

Milli Təhlükəsizlik Şurası Avropa Baş direktoru Amanda Sloat Ağ Evin Putin-Bayden Zirvəsini ilitərəfli əlaqələrin sıfırlanması olaraq görmədiyini açıqlayıb.

"Bu, qətiyyən "reset" deyil. Prezident bunu açıq şəkildə deyib. Bu, bir mükafat deyil. Prezidentin Rusiya ilə birlikdə işləyə biləcəyimiz mövzular olduğuna inandığını düşünürəm.

Misal üçün, sadəcə ABŞ deyil, avropalı müttəfiqlərimiz üçün də xüsusi əhəmiyyət kəsb edən strateji sabitlik məsələsi. Xüsusən prezident ölkələr arasındakı ixtilafların da müzakirə ediləcəyini açıq şəkildə söyləyib", - A.Sloat CNN-ə açıqlamasında deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.