Dünya

Bəy toydan qaçdı, gəlini qonaqlardan birinə verdilər

19 May 2021 19:12
Baxış: 2 290
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanda toy günü maraqlı hadisə baş verib.

Milli.Az metbuat.az-a istinadla xəbər verir ki, bəy toy günü yoxa çıxıb. Ailələr uzun müddət bəyi axtarsa da, nəticə əldə edilməyib. Bəyin tapılmadığını görən qız tərəfi, onun bilərəkdən qaçdığını irəli sürüblər. Hamı toyun təxirə salınacağını güman etsə də, gözlənilməz hadisə baş verib.

Toy iştirakçıları gəlinə toydakı "uyğun" qonaqlardan biri ilə evlənməyi təklif ediblər. Qızın ailəsi də bu təklifə müsbət yanaşıb. Nəticədə gəlin qonaqların arasından birini seçərək onunla ailə qurub. Yoxa çıxan bəyin axtarışları isə davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.