Dünya

Tibb bacısı yeni doğulan 8 uşağı öldürdü

12 May 2021 15:37
Baxış: 1 498
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyada 8 yeni doğulan körpəni öldürməkdə şübhəli bilinən tibb bacısı məhkəmə qarşısına çıxarılacaq.

Milli.Az-ın lent.az-a istinadla verdiyi xəbərə görə, Lyusi Letbi Çesterdəki xəstəxananın yeni doğulanlar şöbəsində bir il ərzində 5 oğlan və 3 qız uşağını öldürməkdə günahlandırılır.

Tibb bacısı 2019-cu ildə həbs olunub. İstintaq Letbini daha 9 körpəni oğurlayıb öldürməyə cəhddə təöqsirli bilinir.

Tibb bacısına qarşı araşdırma 2017-ci ildə uşaq ölümlərinin artması ilə bağlı xəstəxanadan daxil olan şikayətdən sonra başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.