Dünya

Bu ölkədə peyvənd olunan 300-dən çox şəxs COVID-19-a yoluxub

7 May 2021 15:46
Baxış: 837
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvənd vurulmuş 300-dən çox şəxsdə xəstəliyə yoluxma təsdiqlənib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Amkrelidze bildirib.

Onun sözlərinə görə, COVID-19-a yoluxanların əksəriyyəti xəstəliyi yüngül formada, bir çox hallarda isə asimptomatik keçirib.

Qeyd edək ki, Gürcüstanda martın 15-də başlayan vaksinasiya çərçivəsində "Pfizer", "AstraZeneca" və "Sinopharm" vaksinləri tətbiq edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.