Dünya

ABŞ-da peyvənd vurulanlara pivə paylayacaqlar

5 May 2021 20:40
Baxış: 777
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Nyu-Cersi ştatının qubernatoru Fil Merfi koronavirusa qarşə peyvənd olunmuş sakinlərin pivəyə qonaq ediləcəyini bildirib.

Milli.Az "Sputnik"ə istinadla xəbər verir ki, adı çəkilən ştatda may ayında peyvəndlənmiş hər bir böyük yaşlı insana bir qab pivə veriləcək.

"Biz Nyu-Cersi ştatının 21 yaşına çatmış və peyvəndlənmə hüququ olan sakinləri üçün "peyvənd və pivə" proqramına start veririk", - deyə Merfi "Twitter" səhifəsində bildirib.

Proqramın şərtlərinə görə, arzu edənlər peyvəndlənmə haqqında sertifikatı aksiyada iştirak edən pivə bişirmə müəssisələrdən birinə təqdim etməli olacaqlar.

Bir müddət əvvəl Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Gebreyesus bildirib ki, dünyanın böyük yaşlı əhalisinin əksəriyyətinin peyvəndlənməsi üçün gələn il 35-45 milyard dollar vəsait tələb olunacaq.

Hazırda Avropa Dərman vasitələri Agentliyi (ЕМА) COVID-19-a qarşı peyvəndləmə üçün dörd preparatı uyğun görüb. Bunlar ABŞ və Almaniyanın "Pfizer" və "BioNTech" şirkətlərinin konsorsiumunun, ABŞ-ın "Moderna" və "Johnson & Johnson" şirkətlərinin, habelə "AstraZeneca" İngiltərə-İsveç birgə müəssisəsinin hazırladığı peyvəndlərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.