Dünya

Rusiyada 5 turist qar uçqun altında qalıb

4 May 2021 08:58
Baxış: 649
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Buryatiya Respublikasında yerləşən Mondi qəsəbəsi yaxınlığında 5 turist qar uçqun altında qalıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli qərargahının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə yaşayış məntəqəsi yaxınlığındakı "Qorelov" aşırımında qeydə alınıb.

Ərazidəki dağlardan böyük qar kütləsi enərək yolu bağlayıb.

Qeyd edilib ki, hadisə zamanı qeydiyyatdan keçməmiş 5 nəfərdən ibarət turist qrupu həmin marşrut üzrə hərəkətdə imiş.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.