Dünya

Türkiyədə bu gün 340 nəfər COVID-19-dan həyatını itirib

2 May 2021 21:47
Baxış: 483

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 340 nəfər həyatını itirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 240 145 nəfər test edilib, onlardan 25 980-nin koronavirus testi pozitiv nəticə verib, 75 182 nəfər sağalıb, 3 532  koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 40 844 nəfər ölüb.    

Türkiyədə indiyədək 4 875 388 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 480 381-i müalicə  olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.