Dünya

İsrail Qəzzadakı beynəlxalq media mərkəzinə zərbə endirib

15 May 2021 20:27
Baxış: 836
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İsrail HHQ Qəzza zolağındakı beynəlxalq media mərkəzinə zərbə endirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, binada "Associated Press" və "Al-Jazeera" kimi beynəlxalq yayım təşkilatlarının ofisləri yerləşirmiş.

Zərbə nəticəsində bina tamamilə uçub.

Qeyd olunub ki, zərbədən öncə İsrail tərəfi binanın hədəfə alındığı barədə xəbərdarlıq edib.

Məhz bunun sayəsində beynəlxalq KİV əməkdaşları binanı vaxtında tərk edə biliblər.

İsrail ordusundan verilən xəbərə görə, bina HƏMAS tərəfindən gizli silah anbarı kimi istifadə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.