Dünya

ABŞ-da polis vətəndaşı güllələdi

25 Aprel 2021 12:16
Baxış: 946
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da Hollivudun Los-Anceles bölgəsində polisi bir vətəndaşı gülləyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ polisinin Twitter səhifəsində məlumat yayılıb. Məlumata görə, polis naməlum bir şəxsin onların həyatlarını təhdid etdiyini düşünüb və atəş açıblar.

Silahlı insident dünən baş verib. Məlumata görə, çağırışa gedən polis maşını birdən başqa bir avtomobillə toqquşub. Polisin verdiyi məlumata görə, avtomobildən "güllə keçirməyən jilet geyinmiş, sağ əlini arxasında saxlayan bir sürücü" gəlib. Bildirildiyinə görə, həmin sürücü polislərin yanına gəlirmiş və eyni zamanda "üç, iki, bir" deyərək geri sayırmış. Şübhəli şəxs əlini qabağa çəkmək istədiyi anda polis tərəfindən vurulub. O, hadisə yerində ölüb.

Hadisə ilə əlaqədar istintaq başlayıb. Hazırda vətəndaşın yanında silahının olub-olmadığı barədə məlumat yoxdur. Müstəntiqlər hadisənin şahidlərini axtarır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.