Dünya

Türkiyənin Gürcüstandakı səfiri ermənilərin Ağrı dağı ilə bağlı iddialarına cavab verib

19 Aprel 2021 13:44
Baxış: 931
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan sosial mediada ermənilərin Ağrı dağı ilə bağlı iddialarına cavab verib.

Milli.Az APA-ya istinadən bildirir ki, özünün "Twitter" hesabında  paylaşım edən diplomat ermənilərin irredentist ərazi iddialarının kifayət qədər müharibələrə və insan itkilərinə səbəb olduğunu qeyd edib: "Bu, sizin üçün Araratdır, mənim üçün Ağrı, kürdlər üçün Aqiri. Bir çox erməni rəylərində ada fokuslanılır. Düzü, bunun Ararat, Masis, Ağrı və ya Aqiri adlandırılması irredentist ərazi iddiaları səsləndirilmədiyi müddətcə məni maraqlandırmır. Müharibələrdə çox adam həlak oldu. Kifayətdir ",- deyə səfir qeyd edib.

Qeyd edək ki, bir neçə gün öncə Ermənistan Prezidenti Armen Sarkisyan Tbilisiyə rəsmi səfəri zamanı Gürcüstan Prezidentinin fəxri qonaqlar kitabına yazı ilə yanaşı, Ağrı dağının konturları ilə rəsm çəkib. Bu, Ermənistanın Prezidentinin Türkiyəyə qarşı ərazi iddiaları kimi qəbul olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.