Dünya

Merkelə də peyvənd vuruldu -"AstraZeneca"nı seçib - FOTO

16 Aprel 2021 17:30
Baxış: 495
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya kansleri Angela Merkel yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Almaniya kanslerinin mətbuat katibi Steffen Seibert məlumat verib.

O bildirib ki, Almaniya kanslerinə "AstraZeneca" peyvəndi vurulub.

"Şadam ki, bu gün "AstraZeneca"nın ilk dozasını vurdurdum. Mən vaksinasiya kampaniyasına qoşulan və vaksin vurduran hər kəsə təşəkkür edirəm. Vaksinasiya pandemiyanın öhdəsindən gəlmək üçün çox vacibdir", - deyə A. Merkel qeyd edib.

66 yaşlı kansler peyvəndi Berlinin keçmiş Tempelhof hava limanında xüsusi quraşdırılmış "AstraZeneca"nın mərkəzində vurdurub.

Qeyd edək ki, aprelin əvvəllərində Almaniya Prezidenti də "AstraZeneca" ilə peyvənd olunub. Almaniyada bu peyvəndin 60 yaşdan aşağı şəxslərə vurulması qadağan olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.