Dünya

Paşinyan erməniləri adam olmağa çağırır

14 Aprel 2021 13:53
Baxış: 2 771
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın baş nazir Nikol Paşinyan növbəti qalmaqallı açıqlamaları ilə gündəm olub. Bu gün parlamentin iclasında Qarabağdakı müharibə ilə bağlı çıxış edən baş nazirin hədəfi gözlənildiyi kimi, daha çox əvvəlki rəhbərlik olub. Dərhal da əksəriyyət tərəfindən daha çox seçkiqabağı "piar" çıxışı kimi qiymətləndirilib.

Görünən odur ki, Qarabağda yaşanan məğlubiyyətdən dərs çıxarmağa tələsməyən Ermənistan iqtidarı köhnə ampluadadır. Erməni xalqına məğlubiyyətin əsl səbəblərini başa salmaq əvəzinə, mövzunu tamam başqa istiqamətə yönləndirir. Çox güman ki, Azərbaycanın ötən gün düzənlədiyi Qələbə muzeyinin Ermənistanda doğurduğu ajiotajı və pessimizmi anlayan Nikol məğlubiyyətin hədəfini əvvəlki hakimiyyətdə axtarmağa çalışıb.

Nikolun çıxışında ən qalmaqallı yer isə Koçaryan və Sarkisyan rejimlərini tənqid etməsi olub. Bildirib ki, Azərbaycan illər öncə ən ciddi şəkildə müharibəyə hazırlaşdığı halda, müasir hərbi avadanlıqlarla təchiz olunanda, Ermənistanın əvvəlki hakimiyyəti öz cibini doldurmaqla məşğul olub. Onun sözlərinə görə, erməni hakimiyyətinin başı yunan adalarında torpaq almağa qarışmışdı. Ardınca da eks-prezident Robert Koçaryanı "türk casusu" adlandırıb. Maraqlıdır ki, bu ittihamdan əvvəl qarşı tərəf də analoji ittihamla çıxış etmişdi. Bu isə onu göstərir ki, erməni cəmiyyəti hələ də, faşist təfəkkürdən başqa xalqlara qarşı düşmənçilik hissindən qurtulmayıb. Hakimiyyət isə xalqı bu mərəzdən azad etmək əvəzinə, daha da gücləndirməyə çalışır.

Yeri gəlmişkən, Paşinyanın çıxışında İkinci Qarabağ müharibəsi ilə bağlı digər maraqlı məqamlara da toxunub. O, Baş Qərargahın keçmiş rəisi Onik Qasparyan;n müharibənin dördüncü günündə savaşın dayandırılması gərəkdiyini, əks təqdirdə bütün resursların tükənəcəyi barədə guya TŞ iclasında çıxış etməsi haqda mediaya açıqlamasını şərh edib. Bildirib ki, Qasparyanın bəyanatının bu bəndinin həqiqətlə heç bir əlaqəsi yoxdur. Paşinyan Qasparyanın hələ Təhlükəsizlik Şurasının 21 avqustdakı iclasında Qarabağdakı erməni ordusunun Azərbaycan Silahlı Qüvvələrini əzmək imkanıyla bağlı hesabat verdiyini bildirib. Qeyd edək ki, bundan öncə oxşar bəyanatla Ermənistan Baş Qərargah rəisi Armen Qriqoryan da çıxış etmişdi.

Paşinyanın çıxışında digər maraqlı bir etiraf diqqət çəkir. O bildirib ki, beynəlxalq ictimaiyyət illər uzunu Ermənistanı işğal etdiyi torpaqlardan çıxıb getməsində israr edib. Baş nazir bildirib ki, 2011-ci ildən bəri beynəlxalq ictimaiyyət Ermənistanın qarşısında vəzifə qoyub və "Azərbaycana daha çox güzəştlər et" deyib. "Biz Qarabağ məsələsini müharibədən öncəki mərhələdə irs almışıq", - deyə Paşinyan qeyd edib. Ermənistan baş naziri sabiq erməni prezident Serj Sarkisyanın verdiyi keçmiş bəyanatlar haqqında danışıb və qeyd edib ki, bu çıxılmaz vəziyyəti onlar əvvəlki hakimiyyət nümayəndələrindən irs alıblar. "Biz danışıq prosesində elə bir yerə çatmışıq ki, yeddi rayon veririk deyirik, Azərbaycan yox, artığını verməlisən deyir. Serj Sarkisyanın bəyanatları bunu sübut edir", - deyə? o vurğulayıb.

Beləliklə, baş nazirin bu dəfəki çıxışı da, əvvəlkilər kimi, özünü təmizə çıxarmaq və daha çox əvvəlki rəhbərliyi tənqid üzərində qurulub. Qarşıdan seçkilər gəlir və Pa.inyan nəyin bahasına olursa-olsun reytinqini bərpa etməyə çalışır. Nəzərə alaq ki, Rusiya da seçimini tam müəyyən etməyib. Belə ki, Moskvada onunla yanaşı, rəqibi Robert Koçaryanı da yüksək səviyyədə qəbul edib yola salıblar. Bu amili də baş nazir yaddan çıxarmır. Ona görə də, Nikolun hələ ki, Qarabağdakı fiaskoda əvvəlki hakimiyyət barədə ifşaedici materiallar yaymaqda davam edəcək.

Kamran
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.