Dünya

"Aprel-may aylarında koronavirusa yoluxmalar artacaq"

3 Aprel 2021 09:54
Baxış: 1 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Aprel-may aylarında koronavirusun mövsümi xarakter daşıdığına görə yoluxma halları artacaq".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Baş nazirinin müavini Tatyana Qolikova bildirib.

T.Qolikova əhalinin koronavirusa qarşı peyvənd olunmasını vəziyyətin sabitləşməsinin açarı olduğunu vurğulayıb: "Vətəndaşlarımızı peyvənd olunmağa çağırıram, çünki əzizlərinizin, birlikdə çalışdığınız işçilərin sağlamlığını qorumaq vacibdir".

Baş nazirin müavini əlavə edib ki, peyvənd vurulduqdan sonra məhdudlaşdırıcı tədbirləri davam etdirmək çox vacibdir: "Məhdudlaşdırıcı tədbirlərin tez aradan qaldırılması üçün qaydalara əməl etməklə çox vacibdir". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.