Dünya

Litvanın yeni avtomobil bazarında alıcılıq qabiliyyəti 26 faizdən çox azalıb

2 Aprel 2021 21:25
Baxış: 821
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin yanvar-mart aylarında Litvada təxminən 8,6 min yeni minik avtomobili qeydiyyatdan keçib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 26,6 faiz azdır (11,7 min ədəd).

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təkcə ötən ay yeni minik avtomobillərinin qeydiyyatı 35,1 faiz artaraq təqribən 3,5 minə yüksəlib. Keçən ilin mart ayında isə təxminən 2,6 min yeni minik avtomobili qeydiyyatdan keçmişdi.

Bildirilib ki, cari ilin mart ayında Litvanın yeni avtomobil bazarında "Fiat" markası liderlik edib. "Toyota" ikinci yerdə qərarlaşıb, üçüncü yeri isə "Volkswagen" tutub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.