Dünya

Süveyş kanalı qalmaqalı: xammal bazarı bahalaşdı

1 Aprel 2021 14:04
Baxış: 943
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Süveyş kanalının 6 gün ərzində bağlı qalması xammal bazarındakı qiymətlərə ciddi təsir göstərib.

Milli.Az Valyuta.Az-a istinadən xəbər verir ki, baş verənlərdən sonra neft-kimya məhsullarının və tikinti-plastik materiallarının qiymətində 20% artım müşahidə olunub. Sənaye təşkilatları isə kəskin qiymət artımlarının qarşısını almaq üçün ehtiyat stokları yığmağa başlayıblar.

Qeyd edək ki, keçən həftə Süveyş kanalında ilişib qalan "Evergiven" adlı yükdaşıma gəmisi bazar qiymətlərinin kəskin şəkildə artmasına səbəb olmuşdu.

Statistikalara əsasən, gün ərzində dünya iqtisadiyyatına 9 milyard ziyan dəymişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.