ABŞ əczaçılıq şirkəti "Pfizer" Almaniyanın "BioNTech" şirkəti ilə altı aydan on bir yaşa qədər uşaqlarda yeni növ koronavirus peyvəndlərinin sınaqlarına başladığını açıqlayıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, 2022-ci ilin əvvəllərində peyvəndləmənin genişləndirilməsi planlaşdırılır.
Peyvənd 144 iştirakçıya 1-ci və 2-ci mərhələ sınaqlarında təhlükəsizlik üçün 10, 20 və 30 mikroqramla vurulacaq.
Üçüncü mərhələ sınaqlarında isə peyvəndin dözümlülüyü və immunitet sisteminə reaksiyası 4 500 nəfər üzərində test ediləcək.
Milli.Az