Dünya

Hindistanda xəstəxanadakı yanğın nəticəsində 6 nəfər ölüb

26 Mart 2021 12:32
Baxış: 578
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanın Mumbay şəhərində koronavirusa yoluxanlar üçün xəstəxanada baş verən yanğında ölənlərin sayı 6-ya yüksəlib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Reuters" yerli hakimiyyət orqanlarına istinadən xəbər verir. Bundan əvvəl "The Times of India" iki ölüm barədə məlumat yaymışdı.

Ümumilikdə, xilasedicilər və yanğınsöndürənlər süni ağciyər ventilyasiya cihazlarına qoşulmuş 7 nəfər daxil olmaqla 76 xəstəni təxliyə ediblər. Xəstələrin hamısı başqa xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, yanğın baş vermiş xəstəxana ticarət mərkəzinin üçüncü mərtəbəsində yerləşir. Alovlanma birinci mərtəbədə başlayıb. Yanğına mürəkkəbliyin üçüncü kateqoriyası təyin edilib. Yanğının səbəbi hələ müəyyən edilməyib, araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.