Dünya

Ermənistan "Metsamor"un istismar müddətini 2036-cı ilədək artırmaq istəyir

18 Mart 2021 15:36
Baxış: 757
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Metsamordakı atom elektrik stansiyasının (AES) istismar müddətini 2036-cı ilədək uzatmaq niyyətindədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu stansiyanın baş direktoru Movses Vardanyan deyib.

O bildirib ki, 2015-16-cı illərdə AES-in fəaliyyət müddətinin uzadılması ilə bağlı müəyyən işlər görülüb.

Hazırda stansiyanın fəaliyyətdə olan ikinci reaktoru 1980-ci ildə istifadəyə verilib və 2026-cı ildə istismar müddətini başa vurmalıdır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.