Dünya

Braziliyada pandemiya dövründə dördüncü səhiyyə naziri təyin edilib

17 Mart 2021 20:19
Baxış: 674
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Braziliya, COVID-19 səbəbi ilə səhiyyə sisteminin çökdüyü, ölkənin xəstəxanalarının dolu olduğu və artıq yoluxanları qəbul edə bilmədiyi vaxtda ən pis böhran anını yaşayır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Braziliya Prezidenti Jair Bolsonaro pandemiya dövründə sayca dördüncü yeni səhiyyə nazirini təyin edib. Braziliya Kardioloqlar Cəmiyyətinin prezidenti Doktor Marselu Keyroga, bu vəzifədə 2020-ci ilin may ayından bəri olan general Eduardu Pazuellonu əvəz edib.

Yeni təyinat son həftələrdə gündə orta hesabla 2 mindən çox insanın öldüyü Braziliyada pandemiyanın ən çətin anına təsadüf edib, koronavirus səbəbindən ölüm hallarının sayı təxminən 280 min təşkil edir.

Sabiq nazir E. Pasuello vəzifələsinin öhdəsindən gələ bilmirdi, peyvənd kampaniyasının təşkili şübhə altına alınmışdı. Keçmiş nazirin xəbəri olduğu Manaus şəhərində oksigen çatışmazlığı xaosa səbəb oldu. E. Pasuellonu istintaq gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.