Dünya

Debora Holend daxili işlər naziri oldu

16 Mart 2021 07:45
Baxış: 674
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Senatı Nümayəndələr Palatasının üzvü (Nyu-Meksiko ştatı, Demokrat) Debora Hoendın Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib.

Prezident Cozef Bayden tərəfindən irəli sürülən namizədi 51 senator dəstəkləyib, 40 nəfər əleyhinə səs verib. 60 yaşlı Holend ABŞ-da daxili işlər naziri vəzifəsini icra edən ilk yerli amerikan kökənli qadın olacaq.

Xatırladaq ki, ABŞ-da Daxili İşlər Nazirliyi silahlı struktur deyil və əsasən federal torpaqların istifadəsinə, təbii sərvətlərin çıxarılmasına, Amerika hinduları, Alyaska və Havay adalarının yerli əhalisi ilə əlaqəli müxtəlif proqramlara nəzarət edən qurumdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.